525.Az

"Ruh" yeni layihəyə start verdi


 

"Ruh" yeni layihəyə start verdi<b style="color:red"></b>

"Ruh" Jurnalistlərin Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək" layihəsinin icrasına başlayıb.

Layihədə məqsəd müxtəlif vətəndaş qruplarını, xüsusən də gəncləri informasiya müharibəsi şəraitində medianın və sosial şəbəkələrin fəaliyyət xüsusiyyətlərinə, yerinə yetirdiyi missiyaya dair məlumatlandırmaqdan, bu sahədəki beynəlxalq tendensiyaları diqqətə çatdırmaqdan ibarətdir.

Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsində müharibə təhlükəsinin aktual olduğu şəraitdə  cəmiyyətin həm müxtəlif şəxslərin sosial şəbəkələrdə paylaşdıqları məlumatlara, həm medianın yaydığı xəbərlərə reaksiyası adekvat olmalı, ruh yüksəkliyinə xələl gətirməməlidir. Bir sözlə əhali informasiya müharibəsinin bütün tərəflərinə hazır olmalıdırlar.
 
Layihə çərçivəsində "Müharibənin informasiya cəbhəsi: mövcud durum və perspektiv vəzifələr" mövzusunda keçiriləcək 4 "dəyirmi masa"da buna diqqət yetiriləcək, mövcud istiqamətdə maarifləndirmə işləri aparılacaq.

Qeyd edək ki, iyulun 15-dən start götürən layihə noyabrın 15-dək davam edəcək.

 





26.07.2016    çap et  çap et