525.Az

Kino Günü ilə bağlı tədbir keçiriləcək


 

Kino Günü ilə bağlı tədbir keçiriləcək<b style="color:red"></b>

2 avqust Kino işçilərinin peşə bayramı günüdür. Hər il olduğu kimi, həmin gün saat 18:00-da Nizami Kino Mərkəzində bayram tədbiri keçiriləcək.

525.az-ın məlumatına görə, mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin iştirak edəcəyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən hazırlanmış Ayaz Salayevin “Qarabağın həsrət salnaməsi” layihəsi və “40-cı paraleldə” kinoalmanaxı təqdim olunacaqdır.

Almanaxa “Qara bağ” (rejissor Amil Məmiyev), “Onun atası” (Zamin Məmmədov), “Postskriptum” (Emin Mirabdullayev), “Hədiyyə” (Emin Əfəndiyev) qısametrajlı filmlər daxildir.

Tədbir zamanı bir qrup kino veteranı mükafatlandırılacaq.

 





26.07.2016    çap et  çap et