525.Az

Şirvan şəhərində güclü partlayış - Yenilənib


 

Şirvan şəhərində güclü partlayış - <b style="color:red">Yenilənib</b> Səhiyyə Nazirliyi Şirvanda Müdafiə Sənayesi Nazirliyinə aid zavodda qeydə alınan partlayışla bağlı səhiyyə müəssisələrini səfərbər edib.
 
Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib. Məlumata görə, bu vaxta kimi Bakıdan əlavə 5 təcili yardım briqadası Şirvana göndərilib.
 
Onlardan 2-si artıq hadisə yerinə çatıb.
 
APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, partlayış nəticəsində xəsarət alan 10-a yaxın şəxs Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. 
 
*** 15:49
  
Şirvan şəhərində güclü partlayış baş verib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Müdafiə Sənayesi Nazirliyinə aid zavodda qeydə alınıb.
 
Partlayış nəticəsində yanğın başlayıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerindədir.
 





26.07.2016    çap et  çap et