525.Az

Partlayış mərmi saxlanc anbarında baş verib, nazir hadisə yerindədir


 

Partlayış mərmi saxlanc anbarında baş verib, nazir hadisə yerindədir<b style="color:red"></b> Şirvanda partlayış mərmi saxlanc anbarında baş verib.
 
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda ərazidə ara-sıra partlayış səsləri eşidilir. Lakin intensiv partlayışlar artıq yoxdur. Partlayış baş verən ərazidə tüstülənmə var. Hadisə zamanı partlayan mərmilər yaxınlıqdakı ərazilərə səpələnib.
 
 
Əraziyə çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub. Yaralılar Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilir. Hadisə nəticəsində ölənlərin olması ilə bağlı məlumatı hələlik heç bir rəsmi mənbə təsdiqləmir.
 
Xəstəxanadan verilən son məlumatda 20 nəfərin bura yerləşdirildiyi bildirilir.
 
Müdafiə sənayesi naziri Yavər Camalov, fövqəladə hallar nazirinin müavinləri Faiq Tağızadə, Etibar Mirzəyev, baş prokurorun birinci müavini Rüstəm Usubov hadisə yerindədir. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun hazırda məzuniyyətdə olduğu bildirilir.
 
Əməkdaşımız qeyd edib ki, hadisə baş verən ərazi yaşayış evlərindən aralıda yerləşir. Buna görə yaşayış evlərində heç bir evakuasiya həyata keçirilməyib. Lakin əraziyə toplaşmış mülki şəxslər təhlükəsizliklə bağlı ərazidən uzaqlaşdırılıblar.
 





26.07.2016    çap et  çap et