525.Az

“Milli qəhrəmanlar haqqında” qanun hazırlanır


 

“Milli qəhrəmanlar haqqında” qanun hazırlanır<b style="color:red"></b>

Azərbaycanda yeni “Milli qəhrəmanlar haqqında” qanun layihəsinin qəbulu gözlənilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, layihə “Veteranlar haqqında” qanununa əsasən hazırlanır.
 
Yeni layihədə Milli Qəhrəman statusunun hansı meyarlara, şəraitə və məkana əsasən verilməsi, eyni zamanda Milli Qəhrəman statusu alanlarla bağlı yeni xüsusi mükəlləfiyyətlərin müəyyənləşməsi nəzərdə tutulur.
 
Qanun layihəsinin hazırlanmasında ABŞ və Avropa təcrübəsindən istifadə olunur. Layihə bu ilin sonuna kimi parlamentin müvafiq komitəsinə təqdim olunaraq müzakirəyə çıxarıla bilər.
 
Yeni qanunla əlaqədar “Veteranlar haqqında” qanuna da dəyişikliklərin edilməsi gözlənilir

 





28.02.2013    çap et  çap et