525.Az

"Şirvandakı partlayışda 24 nəfər yaralanıb"


 

"Şirvandakı partlayışda 24 nəfər yaralanıb"<b style="color:red"></b> Azərbaycan Səhiyyə Nazirliyi Şirvanda Müdafiə Sənayesi Nazirliyinə məxsus "Araz" zavodunda baş verən partlayışda yaralanan şəxslərlə bağlı yeni rəqəmlər açıqlayıb.
 
Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın APA-ya verdiyi məlumata görə, hadisə nəticəsində Şirvan Mərkəzi Rayon Xəstəxanasına 24 nəfər gətirilib. Onlardan 14 nəfəri ambulator yardım alaraq evə buraxılıb.

Hazırda xəstəxanada 10 nəfər müalicə alır. 3 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. 7 nəfərin isə xəsarətləri yüngüldür.
 





26.07.2016    çap et  çap et