525.Az

Klintonun namizədliyi rəsmi olaraq irəli sürüldü


 

Klintonun namizədliyi rəsmi olaraq irəli sürüldü<b style="color:red"></b> ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun  namizədliyi Demokratlar Partiyası tərəfindən rəsmi olaraq ABŞ prezidenti postuna irəli sürülüb. Beləliklə, Hillari Klinton ABŞ-ın tarixində prezident postuna ilk qadın namizəd olub.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partiyanın Filadelfiyada keçirdiyi qurultayında baş tutan səsvermə zamanı Klinton tələb olunan 2383 səs toplayıb. 
 
Keçirilmiş praymerizlərin yekununda Klinton qurultay iştirakçılarından 2800-dən çoxunun səsini toplayaraq partiya üzrə əsas rəqibi Berni Sandersi (2700-dək səs toplayıb) üstələyib. 
 
Prosedura əsasən, Klinton bundan sonra prezident seçkilərində iştirakına rəsmi razılığını verməlidir.

Klintonun iyulun 28-nə nəzərdə tutulmuş çıxışı qurultayın final tədbiri olacaq.
 
ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.
 





27.07.2016    çap et  çap et