525.Az

“Azərbaycan təkcə statistika və rəqəmlərdə ifadə olunan anlayış deyil”


 

“Azərbaycan təkcə statistika və rəqəmlərdə ifadə olunan anlayış deyil”<b style="color:red"></b>

“Azərbaycanın inkişafı, müasirləşməsi bu və ya digər dərəcədə Yeni Azərbaycan Partiyasının və bu partiyanın sıralarında cəmləşən 600 minə yaxın Azərbaycanın fəal vətəndaşlarının əməyinin, fədakarlıqlarının bilavasitə nəticəsidir”.

525.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov dilə gətirib.

Ə.Əhmədovun  sözlərinə görə,  eyni zamanda, birmənalı şəkildə qeyd etmək lazımdır ki, hakim partiya 20 illik fəaliyyətində YAP-ın yaradıcısı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti əldə rəhbər tutaraq daim fəaliyyət göstərib və bu fəaliyyət nəticəsində də əzəmətli, möhtəşəm uğurlar qazanıb.

Azərbaycan dövlətinin son illərdə sürətlə inkişaf etdiyini vurğulayan Ə. Əhmədov qeyd edib ki, Azərbaycanın iqtisadi yüksəlişi, iqtisadi qüdrətinin yüksəlməsi, Azərbaycanda vətəndaşlarının rifahının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi üçün əhəmiyyətli və möhkəm bir baza yaradıb:
 
 “Bizim hər birimiz bu dəyişilikləri müşahidə etməkdəyik. Bu dəyişikləri təyin etmək üçün ən yaxşı üsullardan biri müqayisəli təhlil aparmaqdır. Əgər ölkəmizin indiki reallıqlarını və gerçəkliklərini 20 il, 15 il, 10 il bundan əvvəlki Azərbaycanın gerçəklikləri ilə müqayisə etsək, nə qədər böyük dəyişikliklərin və irəliləyişlərin şahidi olacağıq.
Beləliklə, biz yeni Azərbaycanın yaradılmasının, yeni Azərbaycanın formalaşdırılmasının şahidləriyik. Yeni qurulan, yeni yaradılan Azərbaycan təkcə statistika və rəqəmlərdə ifadə  olunan anlayış deyil. Eyni zamanda, insanların həyatında, yaşamında öz əksini tapan reallıqlar və gerçəkliklərdir”.

2013-cü ilin oktyabrında ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini xatırladan YAP-ın  icra katibi  bildirib ki, ötən 10 ildə Azərbaycanın əldə böyük nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olub: 

 “Bütün bunların hamısı isə Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsinin xalqımızın, əhalinin mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi deməkdir. Prezident İlham Əliyevin növbəti 5 ildə də Azərbaycanın Prezidenti seçilməsi isə bu inkişafın, yüksəlişik, yeniləşmənin, müasirləşmənin, o cümlədən, insanlarımızın rifahının yaxşılaşmasının növbəti 5 ildə də davamlı surətdə cərəyan etməsi üçün hər bir Azərbaycan vətəndaşının öz töfhəsini verməsi deməkdir”.
K.Həmidov

 





28.02.2013    çap et  çap et