525.Az

“Nabat” Yaponiyada sülhməramlı filmlər arasında


 

“Nabat” Yaponiyada sülhməramlı filmlər arasında<b style="color:red"></b>

Elçin Musaoğlunun “Nabat” bədii filmi avqustun 6-dan 12-dək Yaponiyanın Xirosima şəhərində “Müharibə və sülh” xüsusi kino proqramında nümayiş olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən 525.az- verilən məlumata görə, sülhməramlı filmlərin nümayişi Xirosima faciəsinin 71-ci ildönümü ilə əlaqədar təşkil olunan anım tədbirləri çərçivəsində keçiriləcək. “Nabat” filmi ingilis və yapon dilində alt yazı ilə təqdim olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə lentə alınan “Nabat” filmi 30-dək xarici festivalda iştirak edib, 10-dan mükafata layiq görülüb.

Filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Fatimə Məhəmməd Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.

 





27.07.2016    çap et  çap et