525.Az

Ukrayna "Eurovision"ın keçiriləcəyi şəhərin seçimini təxirə saldı


 

Ukrayna "Eurovision"ın keçiriləcəyi şəhərin seçimini təxirə saldı<b style="color:red"></b>

Ukrayna qeyri-müəyyən müddətə "Eurovision-2017" mahnı müsabiqəsinin keçiriləcəyi şəhərin seçimini təxirə salıb.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna mədəniyyət naziri Yevgeni Nişuk məlumat verib.

Nazirlər Kabinetinin iclasından əvvəl Y.Nişuk maliyyə xarakterli çətinliklər yarandığını söyləyib.

Xatırladaq ki, iyunun 24-də Ukraynada mahnı müsabiqəsinə səhnə olacaq şəhər və arenanın seçimi başlayıb.

İyulun 22-də müsabiqəyə ev sahibliyi etmək üçün namizədliyini irəli sürən şəhərlərdən üçü final mərhələsinə vəsiqə qazanıb. Bunlar Kiyev, Dnipro və Odessadır.

"Eurovision" müsabiqsəinin keçiriləcəyi şəhərin adına isə iyulun 27-də aydınlıq gəlməli idi.

 





27.07.2016    çap et  çap et