525.Az

“Rusiyanın "Su-24" təyyarəsinin vurulması təkrar araşdırılacaq”


 

“Rusiyanın "Su-24" təyyarəsinin vurulması təkrar araşdırılacaq”<b style="color:red"></b> Rusiyaya məxsus “Su-24” döyüş təyyarəsinin türkiyəli pilot tərəfindən vurulması təkrar araşdırılacaq.
 
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak bildirib.
 
“Düşünürəm ki, Rusiya təyyarəsi ilə bağlı insident təkrar araşdırılacaq”, - deyə nazir bildirib.
 
Qeyd edək ki, bundan əvvəl Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Yasin Aktay bildirib ki, Rusiyaya məxsus “SU-24” bombardmançı təyyarəsini vurmaq qərarını türkiyəli pilot özü verib.
 





27.07.2016    çap et  çap et