525.Az

ATƏT-in Bakı ofisinin qarşısında etiraz aksiyası keçirilib (FOTO)


 

ATƏT-in Bakı ofisinin qarşısında etiraz aksiyası keçirilib <b style="color:red"> (FOTO)</b> ATƏT-in Bakı ofisinin qarşısında Parisdə Azərbaycan diaspor üzvlərinin döyülməsinə etiraz olaraq aksiya keçirilib.

APA-nın xəbərinə görə, aksiyanı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) təşkil edib. ATGTİ sədri Şahin İsmayılov Fransada Azərbaycan diaspor üzvlərinin döyülməsi barədə məlumat verib. Təşkilat üzvləri aksiyada “Səsimiz daha da yüksələcək! ”, “Ədalət!”, “Tələbələrimizə qalxan əl bizə qalxıb!” yazılan plakatlar qaldırılıb. Sonra aksiya iştirakçıları ərazini tərk ediblər.
 
Tədbirin qətnaməsi ATƏT-in Bakı ofisinin nümayəndəsinə təqdim olunub. Polis aksiyaya müdaxilə etməyib.
 





28.02.2013    çap et  çap et