525.Az

"Petkim" ilin I yarısını iri mənfəətlə başa vurmaq niyyətindədir


 

"Petkim" ilin I yarısını iri mənfəətlə başa vurmaq niyyətindədir<b style="color:red"></b>

"Petkim Petrokimya Holding A. Ş." bu ilin II rübündə əldə edəcəyi mənfəətlə bağlı proqnozunu açıqlayıb.
 
"APA-Economics" xəbər verir ki, şirkət II rübdə 154,5 mln. lirə (80,2 mln. manat) məbləğində mənfəət eldə etmək niyyətindir.
 
Qeyd edək ki, şirkət I rübü 149 mln. lirə (79,9 mln. manat) məbləğində mənfəətlə başa vurub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,35 dəfə çoxdur.

Beləliklə, şirkət cari ilin I yarısını 303,5 mln. lirəlik mənfəətlə yekunlaşdıra bilər.
 
Əlavə edək ki, "Petkim Petrokimya Holding A. Ş." SOCAR-ın Türkiyədəki iri aktivlərindən biridir.

 





27.07.2016    çap et  çap et