525.Az

Səfir: “NATO-nun Cənubi Qafqazdakı münaqişələrə təsiri məhduddur”


 

Səfir: “NATO-nun Cənubi Qafqazdakı münaqişələrə təsiri məhduddur”<b style="color:red"></b> “Cənubi Qafqaz zonasında münaqişələrin tənzimlənməsi nöqteyi-nəzərindən NATO-nun təsir imkanları məhduddur”.
 
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın Ermənistandakı səfiri Matias Kisler “NATO-nun Varşava sammiti: Ermənistan üçün nəticələr” mövzusunda keçirilən müzakirələrdə deyib.
 
M. Kisler bildirib ki, Şimali Atlantika alyansı heç vaxt bilavasitə Qarabağ münaqişəsinin tənzimlənməsinə cəlb olunmayıb:

“NATO-nun heç vaxt bununla bağlı niyyəti olmayıb. Bunun üçün ATƏT-in Minsk qrupu kimi format mövcuddur”.
 





27.07.2016    çap et  çap et