525.Az

Milli Məclisdə Böyük Britaniya nümayəndə heyəti ilə görüş


 

Milli Məclisdə Böyük Britaniya nümayəndə heyəti ilə görüş <b style="color:red"></b> Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Böyük Britaniya parlamentinin nümayəndə heyəti arasında görüş keçirilib.
 
Milli Məclisdən APA-ya verilən məlumata görə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qonaqları Milli Məclisdə salamlayaraq ümidvar olduğunu bildirib ki, bu səfər əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək.
 
Komitə sədri qeyd edib ki, bu gün Milli Məclisdə dünyanın müxtəlif ölkələri ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupları fəaliyyət göstərir. O, Böyük Britaniya parlamentindəki həmkarları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi, dostluq qruplarının fəaliyyəti, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətindən söhbət açıb.
 
S. Seyidov Azərbaycanın müstəqillik dövründə qazandığı nailiyyətlər, ölkənin qlobal neft-qaz layihələrində iştirakı barədə danışıb. O bildirib ki, bu gün Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri qarşılıqlı hörmət və anlaşma şəraitində öz dini etiqadlarını yerinə yetirirlər: “Müxtəlif xalqların nümayəndələri mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi, tolerantlıq mühitində yaşayırlar”.
 
Böyük Britaniya parlamentinin deputatı Bob Blekmen ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. İqtisadi və mədəni əlaqələrin günbəgün dərinləşdiyini söyləyən qonaq Azərbaycandakı sabitliyi yüksək dəyərləndirib. O, dövlət quruculuğu prosesində parlamentin oynadığı rola diqqət çəkərək, Milli Məclisdə həmkarları ilə fikir mübadiləsi aparmaqdan məmnun qaldığını söyləyib. B.Blekmen Milli Məclislə əməkdaşlığı  gələcəkdə daha da genişləndirmək niyyətində olduqlarını vurğulayıb.
 
Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişafı təqdirəlayiq hal kimi dəyərləndirilib.
 





27.07.2016    çap et  çap et