525.Az

"İquain xaindir"


 

"İquain xaindir"<b style="color:red"></b>

"Napoli"nin prezidenti Aurelio De Laurentis Qonzalo  İquaninin "Yuventus"a keçidinə münasibət bildirib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, argentinalı hücumçunun düzgün olaraq xain adlandırdıqlarını deyib:

"Napoli"də birlikdə keçirdiyimiz 3 ildən sonra İquainin ayrılmaq istəyəcəyini düşünmürdük. Gələcək planlarımızı belə qurmamışdıq.  Bəziləri İquaini "Yuventus"a transfer olunduğu üçün xain adlandırırlar. Mən də elə düşünürəm. O, bizə xəyanət etdi. Onun azarkeşlərlə yaxşı münasibəti var idi".

Qeyd edək ki, "Yuventus" Q.İquainin təzminat qiyməti olan 94 milyon avro ödəyərək transfer edib.

 





27.07.2016    çap et  çap et