525.Az

Bakıda mənzildə meyit aşkarlanıb


 

Bakıda mənzildə meyit aşkarlanıb<b style="color:red"></b> Bakıda yaşayış binasındakı mənzildə meyit tapılıb. APA-nın  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istindən verdiyi məlumata görə, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda, mənzildə, bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
 
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olub.
 
Mənzilə baxış keçirilərkən təvəllüdlü məlum olmayan Yuri Malafeyski otaqda hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində onun vəfat etdiyi müəyyən olunub. Cəsəd aidiyyəti üzrə təhvil verilib.
 





01.03.2013    çap et  çap et