525.Az

Avropa Azərbaycan Cəmiyyəti afişa kampaniyasına başlayıb


 

Avropa Azərbaycan Cəmiyyəti afişa kampaniyasına başlayıb<b style="color:red"></b>

Avropa Azərbaycan Cəmiyyəti İngiltərə  və Uelsin dəmiryol stansiyalarında afişa kampaniyasına başlayıb.

Kampaniyanın məqsədi bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün vəziyyətini həmin ölkələrin ictimaiyyətinə çatdırmaqdan ibarətdir.

Azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyatına dair ümummilli afişa kampaniyasından ilk afişa Xocalı faciəsi qurbanlarına həsr olunub.

Bu afişada Xocalı qətliamından xilas ola bilmiş Mahirə xanım və faciədən sonra valideynləri ilə birgə, qaçqın düşərgəsində yaşamış on yaşlı Nəzrin əks olunub. Fotolar tanınmış fotoqraf Filip Ratmer tərəfindən çəkilmişdir.

Afişada Xocalı faciəsini törədənləri qınaması və Ermənistanın işğalı nəticəsində qaçqın olmuş azərbaycanlıların öz evlərinə qayıtmasının təmin olunmasına kömək etməsi üçün Britaniya baş nazırinə ünvanlanmış petisiyanı imzalamaq üçün Britaniya ictimaiyyətinə müraciət edilir. Qeyd etmək lazımdır ki, Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Britaniya hökumətinin saytında yerləşdirilən bu petisiya Britaniya vətəndaşları və rezidentlər üçün imzalanmaya açıqdır.

Afişa kampaniyasına münasibət bildirən  Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter bidirmişdir ki, Azərbaycanla Ermənistan arasındakı bu münaqişə bəzən “dondurulmuş münaqişə” kimi təqdim olunur, amma “təmas xətti”ndə atışma hər gün baş verir. İyirmi ildən artıq müddət ərzində öz evlərinə və doğma torpaqlarına qayıtmalarının qarşısı alınmış qaçqınlar və məcburi köçkünlərə də göz yumulur. Bu afişa kampaniyası hamıya münaqişənin davam etdiyini və qurbanların hələ də əzab çəkdiyini xatırlatmaq üçün atılmış bir addımdır. Artıq bu çıxılmaz vəziyyəti aradan qaldırmaq lazımdır ki, bu insanlar öz evlərinə qayıda bilsinlər.

 





01.03.2013    çap et  çap et