525.Az

Neft şirkətinin əməkdaşı özünü öldürdü


 

Neft şirkətinin əməkdaşı özünü öldürdü<b style="color:red"></b> Bakı şəhərinin Xətai rayonu ərazisində intihar hadisəsi baş verib.

Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Zığ yolu küçəsi 35 ünvanında yerləşən yataqxanada, orada yaşayan 1985-ci il təvəllüdlü Rüstəmov Emin Vidadi oğlu intihar edib. Onun meyiti binanın 4-cü mərtəbəsində yanğın təhlükəsizliyi məqsədi ilə bərkidilmiş pilləkəndən asılı vəziyyətdə tapılıb.
 
Məlumata görə, intihar etmiş 28 yaşlı E.Rüstəmov Azərbaycan Dövlət Neft Şirkətinin işçisi olub. O Bakı Neft Emalı Zavodunda operator vəzifəsində işləyib.
 
Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.
 





01.03.2013    çap et  çap et