525.Az

“Aydınlanma səyahəti” təqdim ediləcək


 

“Aydınlanma səyahəti” təqdim ediləcək<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, bugünlərdə "Facebook"da ən böyük kitab təbliğatı qruplarından olan “Kitabsevərlər”in 12-ci kitabı olan “Aydınlanma səyahəti” işıq üzü görüb.

525.az-ın verdiyi məlumata görə, gənc yazıçı Ceylan Mumoğlunun müəllifi olduğu kitabın avqustun 14-ü, saat 15:00-da "Kitabevim.az" kitab evində təqdimatı baş tutacaq.

Qeyd edək ki, kitab "Kitabsevərlər" hərəkatı ilə "Qadin.net" saytının ortaq layihəsi əsasında çap olunub.

Sözügedən hərəkat bundan öncə də müxtəlif mövzulu 11 kitab nəşr etdirib. Bunlar arasında yerli bazarda ən çox satılan kitablar – Nikolas Sparksın “Gündəlik” romanı, Bakumoz nəşriyyatı ilə birgə çap edilən Harper Linin “Bülbülü öldürmək” əsəri və Astrid Linqdrenin “Biz Saltkrok adasındayıq” kitabı da var.

Əlavə məlumat üçün bildirək ki, kitabın qiyməti 7 manatdır.

Cavid QƏDİR

 





28.07.2016    çap et  çap et