525.Az

AMEA-da Vahid Elektron Kataloq yaradılacaq


 

AMEA-da Vahid Elektron Kataloq yaradılacaq<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən “AMEA-da elektron elmi-intellektual bazanın yaradılması” mövzusunda keçirilən konfransın nəticələrinə əsasən Vahid Qeydiyyat Sisteminin (VQS) tətbiqi ilə akademiyanın institut və müəssisələrinin Vahid Elektron Kataloqunun yaradılması zərurəti yaranıb.
 
AMEA-dan APA-ya verilən xəbərə görə, bu ilin mart-aprel aylarında MEK-in əməkdaşları tərəfindən Vahid Qeydiyyat Sistemi (VQS) hazırlanıb istifadəyə verilib.

AMEA-nın institut və müəssisələrində VQS-nin tətbiqi ilə bağlı təlim-məşğələ keçirilib.

Təlimdə VQS-nin təqdimatı, onun tətbiqi ilə əlaqədar çətinliklər və tələblər, eləcə də VQS-in hər müəssisə üçün ayrı-ayrılıqda MEK-də təlimat cədvəli razılaşdırlıb. Həmçinin növbəti müddətdə AMEA-nın bütün təşkilat və müəssisələrinin kitabxana və fondları üçün MEK-də iş yerlərində həmin sistemin tətbiqi ilə bağlı məşğələlər keçirilib.

 





29.07.2016    çap et  çap et