525.Az

Elmar Məmmədyarov Dağlıq Qarabağ danışıqlarında iştirak etmək üçün Parisə gedib


 

Elmar Məmmədyarov Dağlıq Qarabağ danışıqlarında iştirak etmək üçün Parisə gedib<b style="color:red"></b>

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması dair növbəti görüşdə iştirak etmək üçün Parisə yola düşüb.

 APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. Lakin E. Abdullayev görüşün vaxtını açıqlamayıb.
 
O, E. Məmmədyarovun Ermənistan XİN başçısı ilə təkbətək görüşün nəzərdə tutulmadığını qeyd edib.
 
Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Jak For bir müddət əvvəl APA-ya açıqlamasında bildirib ki, vasitəçilər regiona növbəti səfərlərindən əvvəl Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinə Parisdə daha bir görüş keçirməyi təklif ediblər.

 





01.03.2013    çap et  çap et