525.Az

Şəmkirdə güclü partlayış: 5 yaralı


 

Şəmkirdə güclü partlayış: 5 yaralı<b style="color:red"></b>

Şəmkir rayonunda yaşayış evində güclü partlayış baş verib. Lent.az-ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Zəyəm qəsəbəsində baş vermiş partlayış nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Şəmkir Mərkəzi Rayon Xəstəxanasından yaralılardan ikisinin səhhətini ağır, digər üçünün vəziyyətini isə orta kimi qiymətləndiriblər.

Hadisəyə ilkin səbəb kimi mənzildə qaz sızması göstərilir. Hazırda müvafiq araşdırmalar aparılır.

 





01.03.2013    çap et  çap et