525.Az

"Lill"in kapitanı: "Teo Uiksi tanımırıq, amma..."


 

"Lill"in kapitanı: "Teo Uiksi tanımırıq, amma..."<b style="color:red"></b>

“Sabahkı oyuna hazırıq. Bilirik ki, “Qəbələ” ciddi rəqibdir və hazırda yaxşı formadadır”.

Qol.az-ın Fransaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri “Lill”in kapitanı Rio Mavuba Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Qəbələ" ilə oyunöncəsi keçirilən mətbuat konfransında deyib.

32 yaşlı yarımmüdafiəçi sabahkı görüşdə qələbə qazanmağa çalışacaqlarını bildirib:

“Sabah qalib gəlmək istəyirik. “Qəbələ” gözəl oyunla artıq Avroliqada 2 mərhələ adlayıb. Bu komandanın ötən mövsüm “Krasnodar”a qarşı oyununu qeyd etmək istərdim. Hələ ki Teo Uiksi tanımırıq. Amma “Qəbələ”nin cinahlarında 2 güclü futbolçunun yer almasından məlumatlıyıq”.

 





29.07.2016    çap et  çap et