525.Az

Beynəlxalq karikatura müsabiqəsi keçirilir


 

Beynəlxalq karikatura müsabiqəsi keçirilir<b style="color:red"></b>

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi VII “Molla Nəsrəddin-Azərbaycan-2016” beynəlxalq karikatura müsabiqəsi keçirir.

Ənənəvi müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi ilə reallaşacaq.

Builki beynəlxalq müsabiqənin mövzusu “Multikulturalizm” adlanır. İnternet vasitəsilə keçirilən müsabiqəyə hər rəssam 2-5 karikatura göndərə bilər.

Əsərləri oktyabrın 15-dək elektron formatda [email protected] ünvana göndərmək lazımdır.

Əsərlər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Beynəlxalq münsiflər heyətinə Azərbaycan, Meksika, Fransa, İsrail, Misir, Rusiya, İran, Yaponiya və ABŞ-dan karikaturaçı rəssamlar daxildir. I, II və III yerlər müvafiq olaraq qızıl, gümüş və bürünc medal, eləcə də diplomlarla mükafatlandırılacaq. Həmçinin münsiflər heyətinin və Azərbaycan Rəssamlar İttifaqının xüsusi mükafatları olacaq.

Müsabiqəyə göndərilmiş ən yaxşı karikaturalardan kataloq hazırlanacaq.

Cavid QƏDİR

 





29.07.2016    çap et  çap et