525.Az

Qarabağ münaqişəsi İtaliyanın ATƏT-ə sədrliyi dövründə gündəlikdə əsas yer tutacaq


 

Qarabağ münaqişəsi İtaliyanın ATƏT-ə sədrliyi dövründə gündəlikdə əsas yer tutacaq<b style="color:red"></b> “Ukraynadakı böhran və ATƏT məkanındakı həlli uzanmış münaqişələr (Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişələri), miqrant və qaçqın axını, Aralıq dənizinin cənub sahillərində olan ölkələrlə gücləndirilmiş tərəfdaşlıq ATƏT-ə sədrliyimiz dövründə gündəliyimizdə əsas yer tutan məsələlər olacaq”.
 

APA-nın xəbərinə görə, bunu İtaliya xarici işlər naziri Paolo Centiloni ölkəsinin 2018-ci ildə ATƏT-ə sədrliyi zamanı diqqət yetirəcəyi məsələlərlə bağlı danışarkən bildirib.
 
P. Centiloni qeyd edib ki, İtaliyanın ATƏT-ə sədrliyi ilə bağlı qəbul edilən qərar ölkənin Avropada sülh və sabitliyin möhkəmləndirilməsinə fəal şəkildə töhfə verməyə sadiq olduğunu göstərir.
 
Qeyd edək ki, ATƏT-in hazırkı sədri Almaniyadır. Quruma sədrliyi 2017-ci ildə Avstriya, 2018-ci ildə isə İtaliya təhvil alacaq.
 





29.07.2016    çap et  çap et