525.Az

İrəvanda polis nümayişçiləri dağıdıb - Yenilənib


 

İrəvanda polis nümayişçiləri dağıdıb - <b style="color:red">Yenilənib</b> İrəvanda polis post-patrul alayının binası yaxınlığında yığışan nümayişçiləri dağıdıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, polis etirazçıları ərazidən sıxışdıraraq çıxarıb.
 
Silahlı qrup tərəfindən zəbt edilən post-patrul alayının binası yaxınlığında jurnalistlər və bir neçə nümayişçi qalıb.

*** 18:22

İrəvanda atəş səsləri eşidilir.
 
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Təsisedici parlament” adlı qurum xəbər yayıb.
 
Qurumun mətbuat katibi Süzan Simonyan sosial şəbəkədə paylaşdığı məlumata əsasən, Sari taxa adlı yerdə atəş səsləri eşidilir. O həmçinin polis şöbəsini nəzarətdə saxlayan "Sasna çrer" silahlı qruplaşmasının üzvü, “Tənha canavar” ləqəbi ilə tanınan Araik Xandoyanın ayağından yaralandığını yazıb.
 
A. Xandoyana snayper tərəfindən atəş açıldığı bildirilir.
 





29.07.2016    çap et  çap et