525.Az

İlham Əliyevdən Mərakeş kralına təbrik məktubu


 

İlham Əliyevdən Mərakeş kralına təbrik məktubu<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Mərakeş kralı VI Məhəmmədi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
 
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
 
“Əlahəzrət, əziz qardaşım, ölkənizin milli bayramı – Taxt-tac günü münasibətilə sizə və sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
 
İnanıram ki, Azərbaycanla Mərakeş arasındakı qarşılıqlı inam və dəstəyə əsaslanan ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Belə bir əlamətdar gündə sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim sülh və rifah diləyirəm”.
 





29.07.2016    çap et  çap et