525.Az

Vahid Mustafayev "Xoca" ilə bağlı "525-ci qəzet"ə geniş müsahibə verib


 

Vahid Mustafayev "Xoca" ilə bağlı "525-ci qəzet"ə geniş müsahibə verib<b style="color:red"></b>

"Xoca” filminin rejissoru Vahid Mustafayev "525-ci qazet"ə müsahibə verib. Rejissor müsahibədə film ətrafında son günlər yaranmış bəzi məqamlara aydınlıq gətirib. O, Xocalı faciəsinin 21-ci ildönümü ərəfəsində filmin Bişkek, Qahirə, Rotterdam, London, Haaqa, Antalya, Oslo və digər şəhərlərdə nümayişi zamanı əldə etdiyi təəsüratları bölüşüb, maraqlı məqamlara toxunub.

Müsahibə zamanı rejissor bildirib ki, “Xoca” filmi Azərbaycan xalqınındır: “Düşünürəm ki, “Xoca” filmini yaradan qüvvə Allahdır. Allahın adı ilə biz filmi çəkməyə başladıq və bitirdik. Bu film Azərbaycan xalqına məxsus olan dərslikdir”.

Rejissor “Xoca” filminin müxtəlif beynəlxalq festivallarda iştirak etdiyini vurğulayıb: “Heç bir beynəlxalq festivala səviyyəsiz film təqdim edilməz. Bu çox gülməlidir. İkincisi, kinematoqrafiya ümumiyyətlə ştamplar üzərində qurulub. Bu film öz gözəlliyi, öz eybəcərliyilə bir sənət əsəridir. Bu film Azərbaycan xalqınındır. O ki qaldı filmdə göstərilən hadisələrə, onlar hamısı qətliamdan sağ çıxa bilmiş Xocalı sakinlərinin və əsasən Milli Qəhrəman Əlif Hacıyevin dəstəsində qəhrəmancasına vuruşan Nazim Hüseynovun gördüklərinə əsasən filmdə yer tapıb. Kimsə Azərbaycan xalqının, xocalıların şücaətinə və qəhrəmanlığına inanmırsa, sadəcə olaraq azərbaycanlı deyil”.

Sonda Vahid Mustafayev filmdə iştirak etmiş bütün aktyorlara, cəkiliş qrupuna, cəkilişə yardımçı olan dövlət strukturlarına, prezident İlham Əliyevə, diaspor təşkilatlarına və səfirliklərə öz dərin təşəkkürünü bildirib.

Müsahibə ilə şənbə günü, mart ayının 2-də “525-ci qəzet"də tanış olmaq mümkün olacaq.

 





01.03.2013    çap et  çap et