525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün <b style="color:red"></b> 1435–ci il. Təbriz yaxınlığında Qaraqoyunlu hökmdarı İsgəndərin qoşunları ilə Teymurilər hökmdarı Şahrux və Şirvanşahın birləşmiş qüvvələri arasında döyüş olub.

Döyüş Qaraqoyunlu qoşunlarının məğlubiyyəti ilə başa çatıb. Atası Qara Yusifin ölümündən sonra taxta çıxan İsgəndər Qaraqoyunlu dövlətinin ərazisini genişləndirmək üçün bir neçə dəfə Şirvana hücumlar etsə də, istəyinə nail ola bilməyib.
 
İsgəndərdən sonra hakimiyyətə gələn Cahan şahın dönəmində Qaraqoyunlu dövləti indiki İran və İraqın böyük hissəsində hakim oldu.
 
1744-cü il. İran taxt-tacının azərbaycanlı hökmdarı Nadir şah Əfşar Orta Asiya və Hindistan zəfərlərindən sonra Osmanlı üzərinə yürüş edib. Lakin Nadir şahın Qarsı ələ keçirmək cəhdi uğursuz olub. Bu arada Azərbaycanın şimalında Nadir şah əleyhinə üsyanlar başlanıb.

Həmin üsyanların nəticəsi olaraq 1744-cü ildə Şəkidə Hacı Çələbinin başçılığı ilə ilk müstəqil xanlıq yaranıb.
 
1918–ci il. Çar Rusiyası tərəfindən işğal olunandan sonra Gəncə şəhərinə verilmiş Yelizavetpol adı Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ləğv olunub, şəhərin tarixi adı bərpa edilib.

1935-ci ildə Gəncənin adı yenidən dəyişdirilib və sovet liderlərindən olan Sergey Mironoviç Kirovun adı ilə Kirovabad adlandırılıb.

1989-cu ildə şəhərin tarixi adı yenidən özünə qaytarılıb.
 





30.07.2016    çap et  çap et