525.Az

İstanbulda 17 jurnalist həbs edildi


 

İstanbulda 17 jurnalist həbs edildi<b style="color:red"></b> İstanbul məhkəməsi prokurorluğun iddiasına baxaraq Fətullah Gülənlə əlaqədə şübhəli bilinən 17 jurnalist barəsində həbs qətimkan tədbiri seçib.
 
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, jurnalistlərdən 4-ü sərbəst buraxılıb.
 
Həbs olunanlar arasında bir neçə gün əvvəl saxlanılan məşhur jurnalist Nazlı Ilıcakın da adı var.
 
Qeyd edək ki, "Fətullahçı Terror Təşkilatı"nın hərbi çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində aralarında Nazlı İlıcakın da olduğu 42 jurnalistin saxlanılması barədə qərar verilmişdi.

Bugünlərdə həmçinin Türkiyədə 3 informasiya agentliyi, 16 telekanal, 23 radio, 45 qəzet və 15 jurnal bağlanıb.
 





30.07.2016    çap et  çap et