525.Az

Amerikalı ekstremalçı paraşütsüz tullanmaq niyyətindədir


 

Amerikalı ekstremalçı paraşütsüz tullanmaq niyyətindədir<b style="color:red"></b>

ABŞ-dan olan peşəkar paraşütçü Lyuk Aykins təyyarədən paraşütsüz tullanmaq niyyətində olduğunu bildirib.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, paraşütlə 18 mindən çox tullanış həyata keçirən ekstremalçı bu dəfə 7,6 km hündürlükdən paraşütsüz atılmaq və 20 mərtəbəli bina hündürlüyündə yerləşdirilmiş tora düşmək istəyir.

Tullanış zamanı skaydayver heç bir xüsusi kostyumdan istifadə etməyəcək, onun ixtiyarında yalnız GPS-naviqator olacaq.

Məlumata görə, daha əvvəl belə tullanışı 90 kq-lıq maniken həyata keçirib və o, toru yırtaraq aşağı yuvarlanıb.

Qeyd edək ki, L.Aykinsin tullanışını, uçuşunu və enişini "Fox" telekanalının canlı efirində izləyicilərinə təqdim edəcək.

 





30.07.2016    çap et  çap et