525.Az

Almaniya millisinin yeni kapitanı kim olacaq?


 

Almaniya millisinin yeni kapitanı kim olacaq?<b style="color:red"></b>

Almaniya millisində kapitanlıq vəzifəsinə namizədlər müəyyənləşib.

Qol.az-ın "Bild"ə istinadən yaydığı xəbərə görə, bunlar qapıçı Manuel Noyer, müdafiəçi Jerom Boatenq və yarımmüdafiəçi Sami Xediradır. Bu üç nəfərdən M.Noyerin yeni kapitan olmaq şansının daha çox olduğu bildirilir.

Qeyd edək ki, Almaniya millisinin son kapitanı Bastian Şvaynştayger olub. O, dünən yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.

 





30.07.2016    çap et  çap et