525.Az

Ukraynada sabiq partiya sədri saxlanıldı


 

Ukraynada sabiq partiya sədri saxlanıldı<b style="color:red"></b> Ukraynanın Regionlar partiyasının sabiq rəhbəri Aleksandr Yefremov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
 
APA-nın məlumatına görə, bu barədə Ukraynanın Baş prokuroru Yuriy Lutsenko öz "Facebook" səhifəsində yazıb.
 
"Ukraynanın ərazi bütövlüyünə təcavüzdə şübhəli bilinən A. Yefremov saxlanılıb", - Baş prokuror yazıb.
 
Hadisənin detalları məlum deyil.
 
Xatırladaq ki, 2015-ci ilin fevral ayında A. Yefremova terrorçuluğun maliyyələşdirilməsi maddəsi ilə cinayət işi açılıb.
 





30.07.2016    çap et  çap et