525.Az

Rezidenturaya ixtisaslaşma seçimi başlayır


 

Rezidenturaya ixtisaslaşma seçimi başlayır<b style="color:red"></b>

Avqustun 1-dən Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə ixtisaslaşma seçimi aparılacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, ixtisaslaşma seçimi avqustun 1‑də başlayacaq və avqustun 7‑dək davam edəcək.
 
Müsabiqə şərtini ödəyən namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.

Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 29-da keçirilib.

İmtahanda iştirakı nəzərdə tutulan 442 namizəddən 8 nəfəri imtahana gəlməyib.
 
Nəticələrə əsasən, imtahanda iştirak edən 434 namizəddən 373 nəfəri müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90-dan az olmayan) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

Ən yüksək nəticə 86 bal olub.

 





30.07.2016    çap et  çap et