525.Az

İstirahət günü hava necə olacaq?


 

İstirahət günü hava necə olacaq? <b style="color:red"></b> İyulun 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 20-23 dərəcə isti, gündüz 28-31dərəcə isti, Bakıda gecə 21-23 dərəcə isti, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət 70-80 % təşkil edəcək.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.
 
Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz 30-35 dərəcə isti, dərəcədağlarda gecə 10-15 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.
 





30.07.2016    çap et  çap et