525.Az

İbrahimoviçin futbolkaları bir həftə ərzində 90 milyon gəlir gətirib


 

İbrahimoviçin futbolkaları bir həftə ərzində 90 milyon gəlir gətirib<b style="color:red"></b>

İsveçli hücumçu Zlatan İbrahimoviçin “Pari Sen-Jermen”dən “Mançester Yunayted” klubuna keçməsi böyük əks-səda doğurub: klub futbolçunun futbolkalarının satışından bir həftə ərzində 90 milyon avro qazanıb.

Müqayisə üçün deyək ki, “The Sun” qəzetinin yazdığına görə, Premyer-liqanın indiki çempionu “Lester” bütün oyunçuların maykalarının satışından vur-tut 64 milyon avro qazanıb.

Z.İbraqimoviç vəziyyəti şərh edərək deyib: “Eşitmişəm ki, Poqba bahalıdır, amma “Mançester Yunayted” mənim futbolkalarımı satmaqla bu xərcləri tam doğruldacaq”.

“Mançester Yunayted” bu gün İsveçin Höteborq şəhərində Türkiyənin “Qalatasaray” klubu ilə yoldaşlıq görüşü keçirəcək.

Otuz dörd yaşlı forvard “Daily Mail” nəşrinə müsahibəsində deyib:

“Hamı komandanın heyətində mənim debütümü gözləyir. “Mançester Yunayted” uğrunda İlk matçımı vətəndə keçirmək əladır.

Düşünürəm ki, fanatlarım meydana qayıtmağımı gözləyirlər. Ümidvaram ki, biz onlara yaxşı futbol göstərəcəyik və onlara istədiklərini verəcəyik”.

AzərTAc

 





30.07.2016    çap et  çap et