525.Az

Məhəmməd peyğəmbər haqqında çəkilən filmin kütləvi nümayişinə başlanılacaq


 

Məhəmməd peyğəmbər haqqında çəkilən filmin kütləvi nümayişinə başlanılacaq<b style="color:red"></b>

İranlı rejissor və ssenarist Məcid Məcidinin Məhəmməd peyğəmbər haqqında çəkdiyi “Məhəmməd” filminin ekranlarda nümayiş olunacağı vaxt açıqlanıb.

AZƏRTAC Anadolu xəbər agentliyinə istinadla məlumat verir ki, film oktyabrın 28-də ekranlarda nümayiş olunacaq. Peyğəmbərin uşaqlıq həyatından bəhs edən film iranlı və türk kino mütəxəssisləri tərəfindən ekranlaşdırılıb.

Ümumi büdcəsi 30 milyon dollar olan filmdə İslam peyğəmbərinin üzü göstərilmir. Film “Əbraha ordusu” və “Fil” əhvalatları ilə başlayır.

Qeyd edək ki, İslam peyğəmbəri haqqında indiyə kimi 40-dək film çəkilib.

 





30.07.2016    çap et  çap et