525.Az

İdman insanlara depressiyanı aradan qaldırmaqda kömək edir


 

İdman insanlara depressiyanı aradan qaldırmaqda kömək edir<b style="color:red"></b>

Viskonsin Universitetindən alimlər bildirirlər ki, fiziki fəallıq insana nəinki bədənini formada saxlamaqda kömək edir, həm də onun əhvalını yüksəldir. Bundan başqa, idmanla məşğul olmaq insana depressiyanı aradan qaldırmaqda kömək edir.

AZƏRTAC “uapress.info” saytına istinadla xəbər verir ki, ABŞ-da alimlər depressiya keçirmiş qadınların iştirakı ilə eksperiment aparıblar.

Həmin qadınlara trenajor zalında müxtəlif rejimlərdə məşqlər etmək təklif olunub.

Məlum olub ki, bütün hallarda idmanın istənilən növü ilə məşğul olmaq qadınların əhvalını yaxşılığa doğru dəyişib.

Alimlər bildirirlər ki, depressiya durumu daha çox fiziki passivliklə müşayiət olunur, idman isə depressiya əleyhinə səmərəli və zərərsiz vasitə rolunu oynaya bilər.

Alimlər əmindirlər ki, bu məcrada iş aparılması insanlara depressiya vəziyyətinə qarşı mübarizə aparmağı öyrədər.

 





30.07.2016    çap et  çap et