525.Az

Natavan Həbibi Aygün Kazımovaya barışıq əli uzatdı


 

Natavan Həbibi Aygün Kazımovaya barışıq əli uzatdı<b style="color:red"></b>

Müğənni Natavan Həbibi illərdir küsülü olduğu xalq artisti Aygün Kazımovaya barışıq əli uzadıb.

Axşam.az-ın məlumatına görə, ifaçı “ATV maqazin onlarla” verilişində bunun üçün bir şərti olduğunu deyib.

O bildirib ki, əgər hər şey səmimi olarsa, incikliyə son qoya bilər:

“Bütün hadisələrin bitməsini istəyirəm. Mən yaxşı münasibətin tərəfdarıyam. Əgər səmimiyyət olacaqsa, münasibətləri bərpa etmək istəyərdim. “Salam” çox müqəddəs Allahın adlarından biridir. Amma elə vəziyyət yaranır ki, düşünürsən "salam" versəm, almasa nə olacaq?". Hamının fikri elə "Nə deyərlər? Düz başa düşməzlər”dir. Cəmiyyətin fikri bir çoxlarımızın həyatına təsir edir.

Deyəsən böyümüşəm, mehribançılıq istəyirəm. Amma bir şərtim var: bu barışıq səmimi və istəkdən olmalıdır, sənət üçün oynanılmamalıdır. Bu olsa, hər şey yaxşı olacaq".
 
N.Həbibi barışdıqdan sonra duet də oxuya biləcəklərini söyləyib:

"Hamımız insanıq, səhvlər ola bilər. Yəqin zamana ehtiyacımız var idi. Bunlar yox olandan sonra, səmimiyyət yarana bilər. Biz bir müəllimin məktəbini keçmişik, sənəti bəyənməyə, dana bilmərik. Səmimi münasibətimi bərpa etdikdən sonra iş düşünə bilərəm. İllərdi düşmənçilik edən müğənnilər bir araya gələndə hamı onlardan iş gözləyir".

Qeyd edək ki, N.Həbibi ilə A.Kazımova arasında qalmaqal “Nömrə 1” yarışmasından başlayıb. N.Həbibinin xalq artistinə qalib gəlməsi, münasibətləri daha da pisləşdirmişdi.

N.Həbibi A.Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, müğənni N.Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməli idi.

 





01.08.2016    çap et  çap et