525.Az

Ermənistandan Türkiyəyə yeni təyyarə reysi açılır


 

Ermənistandan Türkiyəyə yeni təyyarə reysi açılır<b style="color:red"></b> Bir neçə illik hazırlıqdan sonra Ermənistandan Türkiyəyə yeni təyyarə reysi açılır.

Lent.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, İrəvan-Van marşrutu ilə ilk aviareys aprelin 3-də təşkil olunacaq. “Narekavank-tur” aviaşirkəti həftə ərzində İrəvandan Vana və Vandan İrəvana olmaqla, iki dəfə müntəzəm aviareys həyata keçirəcək.

İrəvan-Van-İrəvan aviareysinə biletin qiyməti 250 dollardır. İlk ayda sərnişinlərə 20 faiz güzəşt ediləcək, biletlər 200 dollara satılacaq. “Narekavank-tur” aviaşirkəti Türkiyəyə 3,4 və 7 günlük turist paketləri də təkli edir. Aviabilet, mehmanxana və yemək də daxil olmaqla, bu turların qiyməti 450 dollardan başlayır.
 





01.03.2013    çap et  çap et