525.Az

İstanbulda özünü pilot kimi təqdim edən Azərbaycan vətəndaşı saxlanılıb


 

İstanbulda özünü pilot kimi təqdim edən Azərbaycan vətəndaşı saxlanılıb<b style="color:red"></b>

İstanbulun Atatürk Hava Limanında özünü pilot kimi təqdim edən Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın “Doğan Haber Ajansı”na istinadən verdiyi məlumata görə, fevralın 28-də axşam saatlarında pilot uniforması geymiş azərbaycanlı xarici uçuşlar terminalında yerləşən Türk Hava Yolları pilotlarının istirahət otağına daxil olub. Özünü pilot kimi təqdim edən şəxs şübhəli göründüyündən pilotlar polisə bu barədə məlumat verdilər. Polis saxta “pilot”u saxlayıb.
 
Azərbaycanlının adı və hansı məqsədlə bu addımı atdığı açıqlanmayıb.

 





01.03.2013    çap et  çap et