525.Az

"Wikileaks"in casusu məhkəmədə


 

"Wikileaks"in casusu məhkəmədə<b style="color:red"></b>

ABŞ-a məxsus diplomatik yazışmaları "WikiLeaks"ə sızdırmaqda ittiham edilən amerikalı əsgər Bredli Menninq 20 il həbs cəzasına məhkum edilə bilər.

Merilend ştatında yerləşən Fort Med bazasındakı hərbi məhkəmədə mühakimə olunan 25 yaşlı Menninq 35 səhifəlik açıqlamasını məhkəməyə təqdim edib.

Menninq açıqlamasında "Hər il batdığımız bataqlıqdakı vəziyyət səbəbilə depressiyaya düşməyə başlamışdım. İştirak etdikləri əməliyyatlarda hədəf seçilən insanları qaçırmaq və ya öldürmək bizi xəstəyə çevirdi. Mən cəmiyyətə İraqda yaşayan hər kəsin yox edilməli olan hədəf olmadığını göstərmək istədim" deyib.

ABŞ əsgərlərinin Əfqanıstan və İraq müharibəsində insanlarla davranışından narahat olduğunu bildirən Menninq "Wikileaks" vasitəsilə ictimaiyyətə sızdırılan məlumatların ABŞ-a ziyan vuracağına inanmadığını söyləyib: "İctimaiyyətin, xüsusilə amerikalıların bu məlumatları əldə etməsinin xarici siyasət və ordunun roluyla bağlı diskussiyaları alovlandıracağına inandım".

Menninq məhkəmədə ona elan edilən 22 ittihamdan 10-nu qəbul edib.

İraq və Əfqanıstandakı müharibələrlə bağlı yüzlərlə gizli hesabatı və kriptoqramlı mesajı "WikiLeaks"ə göndərdiyini etiraf edən Menninq düşmənə yardım ittihamını rədd edib.

 





01.03.2013    çap et  çap et