525.Az

Obamanın İsrail səfəri təxirə salına bilər


 

Obamanın İsrail səfəri təxirə salına bilər<b style="color:red"></b>

ABŞ prezident Barak Obamanın ikinci prezidentlik müddətinin ilk səfəri təxirə salına bilər.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bir müddət əvvəl Obamanın ilk səfərini İsrailə ediləcəyi açıqlanmışdı. Ancaq İsrailin baş naziri Bünyamin Netanyahunun yeni koalisiya hökumətini qura bilməməso ABŞ prezidentinin səfərinin təxirə salınması ehtimalını gündəliyə gətirib.

İsrailin "Kanal 10" televiziyası Obamanın mart ayının ortalarına planlaşdırılan səfərinin təxirə salına biləcəyini xəbər verib. Xəbərdə Netanyahunun martın 16-nadək yeni hökuməti qurmaq üçün səy göstərdiyi, ancaq hazırda davam edən koalisiya müzakirələrinin bunun çətin olduğunu göstərdiyi bildirilib.

Obamanın səfərinin martın 21-də və ya yəhudilərin "xəmirsiz bayram"ından sonra baş tutacağı qeyd edilib. Sözü gedən bayram aprelin 14-də başlayır və bir həftə davam edir.

Netanyahu sabah prezident Şimon Pereslə görüşərək hökuməti qurmaq üçün əlavə iki həftə vaxt istəyəcək. Böhran həll olunmasa, ara seçkilər keçirilə bilər.

 





01.03.2013    çap et  çap et