525.Az

Zakir Qaralov Gülər Əhmədova ilə bağlı videonun araşdırılmasına göstəriş verdi


 

Zakir Qaralov Gülər Əhmədova ilə bağlı videonun araşdırılmasına göstəriş verdi

Baş Prokurorluğun mətbuat xidməti millət vəkili Gülər Əhmədova və Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevlə bağlı yayılan video haqda rəsmi məlumat yayıb.

Məlumatda deyilir:

"Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış video görüntülərdə əks olunan məlumatların araşdırılması üçün baş prokuror tərəfindən Bakı Şəhər Prokurorluğuna göstəriş verilmişdir.

Müvafiq ekspertizalar keçirildikdən və digər zəruri prosessual araşdırmalar aparıldıqdan sonra Cinayət-Prosessual Məcəllənin 207-ci maddəsinin tələblərinə uyğun qərarın qəbul edilməsi təmin olunacaq.

İctimaiyyətə əlavə məlumat veriləcək.

 

 





26.09.2012    çap et  çap et