525.Az

Avtobusla "Kamaz" toqquşdu: 15 yaralı


 

Avtobusla "Kamaz" toqquşdu: 15 yaralı Bakıda sərnişin avtobusu "Kamaz"la toqquşub.

Qaradağ rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, qəza bu gün günorta saatlarında "Meyvəli" bazarının yaxınlığında baş verib.
Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Ölənlər barədə hələlik məlumat yoxdur.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparırlar.
Xatırladaq ki, dünən səhər saatlarında Binəqədi rayonunda sərnişin avtobusu ilə "Kamaz" toqquşmuş və bir neçə nəfər xəsarət almışdı.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, qəza zamanı xəsarət alanlardan 15 nəfəri təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb. Onlardan 6-sı Travmotologiya İnstitutuna, 9-u Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzdən Trend-ə verilən məlumata görə, xəstəxanaya qəza nəticəsində xəsarət almış 14 nəfər müraciət edib. Onlardan 8 nəfərinə ambulator yardım göstərilərək evə buraxılıb, 6 nəfəri isə xəstəxanaya yerləşdirlib.
 





26.09.2012    çap et  çap et