525.Az

Bakıda Əziz Nesinin kitabı nəşr olundu


 

Bakıda Əziz Nesinin kitabı  nəşr olundu<b style="color:red"></b>

“Damda dəli var” toplusuna yazıçının populyar hekayələri daxil edilib

Hədəf Nəşrlərinin “XAN” (“Xalqımız, Azərbaycanımız Naminə”) tərcümə ədəbiyyatı layihəsi çərçivəsində tanınmış Türkiyə yazıçısı Əziz Nesinin “Damda dəli var” hekayələr toplusu nəşr olunub.

Nəşriyyatın mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, kitabın tərcüməçisi Sevinc Xanqızı, redaktoru Oktay Hacımusalı, naşiri Müşfiq XANdır.

Kitaba daxil olan hekayələr satirik ruhda verilib və oxuculara nəsihət xarakteri də hiss olunur.

Hekayələrdə damdan düşmək istəməyən dəlinin məqsədli işlətdiyi siyasət, siyasətçilərin kəndlilərin səsini qazanmaq üçün cəhdləri, bir-birini məhv etməyə çalışan iki bəyin sürücüləri tərəfindən aldadılması, iş üçün gələn insanların üzərində “zarafat məmulatları”nın yoxlanılması, eləcə də, siyasi həyatda olan münasibətlər təsvir olunub.

Türkiyənin lətifə ədəbiyyatının zirvəsi hesab olunan Əziz Nesinin “Bir məzhəkəçinin xatirələri” adı  altında verilən 4 hekayəsində o dövrlərdə teatr həyatında sənətçilərin qarşılaşdığı problemlər, maneələr və çətinliklər öz əksini tapıb.

Kitab müxtəlif yaşlı oxucu qrupu üçün maraqlı ola bilər. 

Bu kitabları  Kitabevim.az kitab mağazasından evinizə yaxud ofisinizə sifariş edə bilərsiniz.

Kitabevim.az kitab mağazası Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi 2 (Nizami metrosu, 18 №-li məktəbin yanı) ünvanında yerləşir. Tel.: 055 877 24 44

 





04.03.2013    çap et  çap et