525.Az

Akademik Milli Dram Teatrının 140 illiyi keçiriləcək


 

Akademik Milli Dram Teatrının 140 illiyi keçiriləcək<b style="color:red"></b>

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 140 illik yubileyi qeyd olunacaq. Bu barədə teatrın direktoru İsrafil İsrafilov məlumat verib.

525.az-ın məlumatına görə, Teatr rəhbəri bildirib ki, yubiley mərasiminin aprelin 10-da Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulur.

Tədbirin beynəlxalq səviyyədə keçiriləcəyini diqqətə çatdıran İ. İsrafilov, yubiley ərəfəsində həm də Bakıda Türkdilli dövlətlərin Teatrlar Şurasının yığıncağının keçiriləcəyini açıqlayıb.

Hazırda teatrın yubileyi üçün xüsusi proqram hazırlanır. Tədbirin rejissoru Vaqif Əsədovdur.

GÜNEL

 





04.03.2013    çap et  çap et