525.Az

Ərdoğan Müslüm Gürsəsin 1 milyon lirəlik borcunu sildirib


 

Ərdoğan Müslüm Gürsəsin 1 milyon lirəlik borcunu sildirib<b style="color:red"></b>

Türkiyənin məşhur müğənnisi Müslüm Gürsəsin "Memorial" xəstəxanasındakı 4 aylıq müalicə məsrəfi 1 milyon lirə olub.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, baş nazir məşhur sənətçini ölümündən əvvəl ziyarət edərkən bu borcdan xəbər tutub. Ərdoğan xəstəxananın sahibi Turqut Aydınla danışaraq Müslüm Gürsəsin borcunu sildirib.

Xəstəxana müğənninin ailəsindən bu borcu istəməyəcək.

 





04.03.2013    çap et  çap et