525.Az

ABŞ hərbçiləri zabitlərimiz üçün seminar keçirir


 

ABŞ hərbçiləri zabitlərimiz üçün seminar keçirir<b style="color:red"></b> ABŞ-ın Oklahoma Milli Qvardiyasının Mobil Təlim Qrupu tərəfindən "Beynəlxalq sülhməramlı əməliyyatlarda maddi-texniki təminat üzrə tələbatlar" mövzusunda seminar keçirilir.
 
525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirin məqsədi Azərbaycan zabitlərini beynəlxalq sülhməramlı əməliyyatlarda NATO kontingentlərinin qarşılaşdığı maddi-texniki təminat tələbatları və qarşıda duran çağırışlarla bağlı məlumatlandırmaqdan ibarətdir.
 
Seminar müddətində Mobil Təlim Qrupu tərəfindən ABŞ və NATO-da tətbiq olunan maddi-texniki təminat şəbəkəsi (MTT) sistemləri, əməliyyat zonasına çıxmamışdan əvvəl MTT ilə bağlı hazırlıq tapşırıqları, NATO kontingentinin əməliyyat zonasına çıxışı zamanı çoxeşelonlu MTT dəstəyinin tələbatları, NATO çevik həmlə qüvvələrinin əməliyyat zonasına çıxışının planlaşdırılmasında qarşıda duran məsələlər və digər mövzularla bağlı məlumatlar verilərək müzakirələr aparılacaq.
 
Seminar avqustun 19-dək davam edəcək.
 





16.08.2016    çap et  çap et